top of page

"Oyun göstərdi ki, görüləsi işimiz həddindən artıqdır" - Samir Abasov

"İlk oyunum idi. Milli fasilə olmağına baxmayaraq, həmin 10 günü komanda ilə birlikdə olmaq nəsib olmadı. Həftənin 1-ci günündən işə başladıq. 4-5 gün sonra da oyuna çıxdıq".


90plus.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 8-ci turunda bu gün "Kəpəz"lə keçirilən oyundan sonra mətbuat konfransında deyib.


Qolsuz başa çatan matçı dəyərləndirən mütəxəssis komandada görüləcək işin çox olduğunu bildirib: "7 oyundur qalib gələ bilmədiyimizə görə əhval-ruhiyyəmiz bir az yaxşı deyildi. Ümumi oyunu götürəndə bəzən üstünlük bizə keçirdi, bəzən rəqibə. İşimiz hələ qarşıdadır. Bu oyundan görünən odur ki, həddən çox işimiz var. Bunun da öhdəsindən gəlməyə çalışacağıq. Qollar vurmaq, qələbələr qazanmaq istəyirik. Bu, dərhal alınmayacaq. Bizdən gözləntilər böyükdür. Yazıları, şərhləri oxuyuram. Amma birdən-birə düzələsi iş deyil. Bunun üçün vaxt lazımdır. Futbolçulara əzmkarlığa, sona qədər vuruşduqlarına görə "çox sağol" dedim".


S.Abasov komandada hücumçu çatışmazlığınını olduğunu qeyd edb: "Bütün komandalar güclənmək istəyər. Mətbuat konfransına problemləri deyərək başlamadım. Hücumçularımızın ikisi zədəlidir. Bu gün sırf komandanın oyununu düzəltməliyik. Düzəltmək üçün oyunçular lazımdır. Bu barədə rəhbərliklə mütəmadi danışırıq. Problemləri özləri də bilirlər. Yavaş-yavaş hamısını aradan qaldıracağıq".


0 comments
bottom of page