top of page

PFL rəsmisi "Barselona"nın oyununa təyinat alıb

Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.


90plus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Çexiyada "Viktoriya" (Plzen) və İspaniya "Barselona"sı arasında keçiriləcək UEFA Gənclər Liqasının qrup mərhələsinin VI tur matçında UEFA nümayəndəsi olacaq.


Qeyd edək ki, noyabrın 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.


0 comments
bottom of page