top of page

Portuqaliyalı futbolçu Çempionlar Liqasının tarixinə düşüb

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Rodriqu Ribeyru UEFA Çempionlar Liqasının tarixinə düşüb.

90plus.az xəbər verir ki, portuqaliyalı hücumçu buna İngiltərədə "Mançester Siti"yə qarşı 1/8 final mərhələsinin cavab oyununun 89-cu dəqiqəsində meydana 16 yaş 315-ci günündə ikən çıxmaqla nail olub.


Beləliklə, Ribeyru turnirin pley-off mərhələsində debüt edən ən gənc oyunçu adına sahib çıxıb.


Daha əvvəl Almaniyanın "Borusiyya" (Dortmund) klubunun hücumçusu Yussufa Mukoko 2020-ci ildə 16 yaş 18-ci günündə qrup mərhələsində meydana çıxıb.


Qeyd edək ki, "Mançester Siti" - "Sportinq" görüşü qolsuz bərabərliklə yekunlaşıb. İlk qarşılaşmada rəqibinə 0:5 hesabı ilə uduzan Portuqaliya təmsilçisi mübarizəni dayandırıb.

0 comments
bottom of page