top of page

Premyer Liqanın iki futbolçusuna təcavüz ittihamı!


Premyer Liqada eyni klubun iki futbolçusunun zorlama ittihamı ilə həbs edildiyi bildirilib.


90plus.az xəbər verir ki, bu iki oyunçunun ötən həftə stadionu tərk edərkən həbs olunduğu iddia edilir.


Onların adları açıqlanmır, amma təcavüzdə şübhəli bilinirlər. Hadisənin ötən cümə günü baş verdiyi vurğulanır. Cinayətin qurbanı hadisədən bir neçə saat sonra hüquq-mühafizə orqanlarına müraciət edib.

Hazırda hər iki şübhəli zaminə buraxılıb.


Mənbə: Mail Sport

0 comments
bottom of page