top of page

Prezidentin nəvəsindən Qaraya dəstək!


Prezident İlham Əliyevin nəvəsi Mikayıl Ağalarov “Neftçi”nin futbolçusu Qara Qarayevə dəstək olub. 


90plus.az xəbər verir ki, o, öz "İnstaqram" hesabında futbolçunun şəklini “Huge respect” (böyük hörmət-red) başlığı ilə paylaşıb.



Qeyd: Azərbaycan kubokunun yarımfinal mərhələsində  “Neftçi”- “Qarabağ” oyunundan (0-4) sonra "İmarət" fan klubunun bəzi üzvləri Qara Qarayevi təhqir etmişdi. Bu hadisədən sonra bir çox futbolçular və tanınmışlar Qara Qarayevə dəstək nümayiş etdiriblər.


0 comments
bottom of page