top of page

Qakpo millinin tarixinə düşdü!


Kodi Qakpo Niderland millisinin tarixinə düşüb.


90plus.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi buna DÇ-2022-nin bu gün Qətərlə keçirilən oyununda (2:0) qol vurmaqla nail olub.


O, yığmanın tarixində dünya çempionatında ilk 3 görüşdə qol vuran yeganə futbolçudur. 

Qrup mərhələsinin ilk iki turunda da fərqlənən Qakpo qapıya endirdiyi 4 zərbədən üçünü qola çevirə bilib. Qakpo həmvətəni Uesli Sneyderdən sonra mundialda həm sağ və sol ayaqla, həm də başla qol vuran ilk futbolçu olmağı da bacarıb.

0 comments
bottom of page