top of page

"Qarabağ" evdə çox güclü idi"




"Qarabağ" evdə çox güclü idi. İkinci hissədə topa sahib olduğumuz zaman xeyli fəallaşdıq. Doğma meydanda daha aqressiv oynamaq və şanslarından səmərəli istifadə etmək istəyirik".


90plus.az xəbər verir ki, bunu "Sürix" komandasının baş məşqçisi Franko Foda evdə "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunundan öncə mətbuat konfransında deyib.


Avstriyalı mütəxəssis növbəti raunda adlamaq və avrokubokların qruplarına düşmək istədiklərini bildirib: "Hazırda belə bir imkanımız var. Təbii ki, müəyyən gərginlik hiss edirik. Amma azarkeşlərimizin qarşısında daha motivasiyalı oynayacağıq".

0 comments
bottom of page