top of page

"Qarabağ" Premyer Liqada yeni nailiyyətə imza atıb

"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasında yeni yeni nailiyyətə imza atıb.


90plus.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "köhlən atlar" buna "Neftçi"ni 3:1 hesabı ilə məğlub etdikləri VIII tur oyununda müvəffəq olub.

Ağdam təmsilçisi xal itkisi ilə üzləşməyən yeganə komandadır. Bu, ölkə çempionatları tarixində 8-ci belə seriyadır. Cari mövsümədək 7 dəfə bir klub ilk yeddi qarşılaşmada xal itirməyib.


"Qarabağ” ikinci dəfə bunu bacarıb. Komanda 2019/20 mövsümünə də belə başlayıb.


Tarixdə yalnız 4 kollektiv belə starta imza atıb. “Qarabağ”dan başqa, “Neftçi” dörd (1992, 1994/95, 1996/97, 2000/01), “Şəfa” (2003/04) və “Xəzər Lənkəran” (2007/08) hərəyə bir dəfə ilk yeddi görüşdə qalib gəlib.


0 comments
bottom of page