top of page

"Qarabağ"ın futbolçusu milli komandası ilə qələbə qazandı


“Qarabağ”ın futbolçusu Marko Veşoviç Avro-2024-ün oyununda iştirak edib.

90plus.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Monteneqro millisinin tərkibində Bolqarıstana qarşı görüşdə start heyətdə meydana çıxıb. Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə Veşoviç 90 dəqiqə meydanda olub. Onun komandası isə səfərdəki matçda Krstoviçin 70-ci dəqiqədə vurduğu qol sayəsində 1:0 hesablı qələbə qazanıb.

“Qarabağ”ln Monteneqro millisinin üzvü olan digər futbolçusu Marko Yankoviç isə zədəsi səbəbindən bu oyunu buraxıb.

0 comments
bottom of page