top of page

Qazancı 1 milyarda çatan 10 idmançı: 4-ü futbolçudur


Braziliyalı futbol ulduzu, Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən Neymarın qazancı indiyədək 1 milyard dollar olub.


90plus.az xəbər verir ki, 32 yaşlı hücumçu peşəkar karyerası ərzində 933,2 milyon avro qazanıb.

Bu məbləğə maaş, sponsorluq müqavilələri və digər gəlir mənbələri daxildir. Neymar 1 milyard dollar qazanan 10-cu idmançı olub.


Qazancı milyard dollara çatan idmançıların bunlardır:


1. Maykl Cordan (ABŞ, basketbol) - 2,7 milyard

2. Tayqer Vuds (ABŞ, qolf) - 1,85 milyard

3. Kriştianu Ronaldu (Portuqaliya, futbol) - 1,57 milyard

4. Lebron Ceyms (ABŞ, basketbol) - 1,36 milyard

5. Lionel Messi (Argentina, futbol) - 1,36 milyard

6. Rocer Federer (İsveçrə, tenis) - 1,17 milyard

7. Floyd Meyvezer (ABŞ, boks) - 1,14 milyard

8. Devid Bekhem (İngiltərə, futbol) - 1,13 milyard

9. Fil Mikelson (ABŞ, qolf) - 1,05 milyard

10. Neymar (Braziliya, futbol) - 1,01 milyard

0 comments
bottom of page