top of page

“Qurban Qurbanov Avropada artıq böyük addır” Marko Veşoviç


 "Qarabağ"ın futbolçusu Marko Veşoviç öz ölkəsinin mediasına klub barədə maraqlı açıqlamalar verib.


90plus.az xəbər verir ki, Veşoviç Juninyoya çoxlu təkliflər gəldiyini söyləyib:


"Obyektiv olaraq Juninyo komandanın ən yaxşı oyunçusudur. Düzdür, heç kim "Qarabağ"dan ayrılmaq istəmir. Amma onu saxlamaqda çətinlik çəkəcəyik".


32 yaşlı monteneqrolu müdafiəçi "Bayer 04" səddini aşa bilməmələri barədə də danışıb: "Kriteriyalarımız bərabər olsaydı, daha da irəli gedərdik. Keyfiyyət baxımından Avropanın zirvəsinə aid olduğumuzu göstərdik. Demək olar ki, Azərbaycan çempionluğunu təmin etmişik. Ümidvaram ki, növbəti mövsümdə avrokubokdakı nəticəni təkrarlayacağıq. Hətta daha böyük işlər görəcəyik. Avropa reytinqində Azərbaycanın əmsalı aşağıdır. Çünki yalnız "Qarabağ" nəticə verir. Ona görə Çempionlar Liqasının təsnifat mərhələsində mübarizəyə başlayacağıq".


Veşoviç ölkəmiz haqqında da danışıb: "Burada hər şey əladır. Temperaturu bəyənirəm. Çünki əvvəllər "Legiya" da mənim üçün əla idi, amma -10 dərəcədə oynamağı heç sevmirdim. Bundan əlavə, rus dilində daha çox danışılır. Azərbaycan dili isə hədsiz dərəcədə çətindir. Bəzən məşqdə ingilis dilindən istifadə edirik. Atmosfer əladır, heç bir anlaşılmazlıq yoxdur. Çünki Qurban Qurbanov Avropada artıq böyük addır. Biz ənənəvi Monteneqro ailəsi kimiyik, burada fikirlər eşidilir, amma heç kim məşqçinin son sözünü inkar etmir (gülür)".


Mənbə: Vijesti.me

0 comments
bottom of page