top of page

"Real Madrid"in sabiq oyunçusu karyerasını Azərbaycanda davam etdirə bilər

“Real”ın və PSJ-nin keçmiş futbolçusu Xese Rodriqes karyerasını Azərbaycanda davam etdirə bilər.


90plus.az xəbər verir ki , hücumçu “Sabah”la anlaşmağa yaxındır. Tərəflər artıq bir çox məsələlərdə razılıq əldə edib.


Hazırda Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Xese Rodriqes “Real”ın yetirməsidir.


Xese Rodriqes karyerası ərzində “Real”, PSJ, “Las Palmas”, “Stok Siti”, “Betis”, “Sportinq”də oynayıb.

29 yaşlı oyunçu 2022-ci ildən formasını geyindiyi “Ankaragücü”ndə bu mövsüm bütün turnirlər daxil olmaqla, 16 matça çıxıb və 5 qol vurub.



0 comments
bottom of page