top of page

Ronald Arauxo: “Futbol mənə zərbə vurdu”


“Barselona”nın müdafiəçisi Ronald Arauxo Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyununda (4-6) komandasını azlıqda qoymasından söz açıb.


90plus.az xəbər verir ki, həmin görüşün 29-cu dəqiqəsində qırmızı vərəqə alan Arauxo bunları deyib:


“Həyatıma çoxlu sevinc gətirən futbol indi mənə zərbə vurdu. Yanımda olan hər kəsə, meydanda əlindən gələni edən komanda yoldaşlarıma, bizə sona qədər inanan azarkeşlərə minnətdaram. Sizə sevinc bəxş etmədiyim üçün çox təəssüflənirəm. Yenidən cəhd edəcəyik. İrəli, "Barselona".


Bu da Ronald Arauxonun qırmızı vərəqə aldığı epizod. VİDEO

0 comments
bottom of page