top of page

"Sabah"ın baş məşqçisi: “Evdə yaxşı çıxış edirlər”


"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Misli Premyer Liqasının 29-cu turunda "Turan Tovuz"a məğlub olduqdan (0:2) sonra mətbuat konfransın qatılıb.


90plus.az xəbər verir ki, o, matç barədə belə deyib:

"Turan Tovuz"u təbrik edirəm. Layiqli qələbə qazandılar. Bilirdik ki, onlar evdə yaxşı çıxış edirlər. İlk hissədə rəqibin oyununa cavab verə bilmədik. Çox kobud səhv etdik. Bunun nəticəsində qapımızda qol gördük. İkinci hissədə yaxşı oynadıq. Oyuna nəzarət edən tərəf idik. Yenə də lazımsız fouldan sonra qol buraxdıq. Cərimə meydançasında bitiriciliyimiz çatmırdı. Hücumda həll yolları axtarırdıq. Amma bu alınmırdı. Sadə oynamaq lazımdır, bizsə çətinə gedirdik".


Mütəxəssis Tovuzdakı ab-havaya da toxunub:

"Çox yaxşı idi. Tovuzlu azarkeşləri tanıyırıq. Mənə məlumat vermişdilər. Onların komandanı necə dəstəklədiklərini bilirik. Bu gün də belə oldu".


Mənbə: presssport

0 comments
bottom of page