top of page

Samir Abasov Madrid və Barselonada!


"Sumqayıt"ın çalışdırıcısı Samir Abasov İspaniyaya təcrübə keçməyə yollanıb.


90plus.az klubun media hesabına istinadən xəbər verir ki, bir neçə gün əvvəl Madridə yollanan Samir Abasov "Real" və "Barselona" komandaları arasındakı "El-Klassiko"nu izləyib.


Növbəti gün Barselonaya yola düşən mütəxəssis burada bir həftəlik təcrübə keçəcək. "Barselona" klubunun məşqlərini izləyən çalışdırıcı Kataloniya təmsilçisinin məşqçisi Oskar Hernandez və bir sıra digər yerli mütəxəssislərlə bir araya gəlib, fikir mübadiləsi aparıb.

Təcrübə proqramının sonunda onun "Barselona"nın baş məşqçisi Xavi Hernandezlə də görüşü nəzərdə tutulub.



0 comments
bottom of page