top of page

Silva “Barsa” arzusundadır


“Man Siti”də çıxış edən Bernardo Silva “Barselona”da oynamaq istəyir.


90plus.az xəbər verir ki, portuqaliyalı oyunçu bu yay “Barselona”ya qoşulmaq arzusundadır - o, “blauqrana” olmaq üçün dəli olur.


Bernardo “Mançester Siti"dəki vaxtının bitdiyinə inanır.


Hətta o, “Barça”da oynamaq üçün maaşını belə azaltmağa hazırdır. 29 yaşlı oyunçunun sərbəstqalma məbləği 58 milyon avrodur.


O, “Barça”ya mükəmməl uyğunlaşacağını hiss edir və Xavi Hernandez də bunu bilir. Katalon klubu bu yay onun transferini sınamaq istəyir.


“Man Siti” bu transferə razı ola bilər.


Mənbə: Ferran Correas/ Sport/Mundo Deportivo


0 comments
bottom of page