top of page

Ter Ştegen: “Bu, “Real” üçün narahatlığa səbəb ola bilər”

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegen İspaniya La Liqasının 26-cı turunun “Real”la oyunundan öncə gözləntilərini bölüşüb.


90plus.az xarici KİV-ə istinadən xəbər verir ki, o, “el klasiko”da qələbə qazanmaq istədiklərini bildirib:


“Qələbə qazanmaq istəyirik. Xal fərqini artırmaq şansımız var. Rəqibə qarşı göstərəcəyimiz təzyiq bizə kömək edəcək. Azarkeşlər də bizə kömək etməli olacaqlar, bu, “Real” üçün narahatlığa səbəb ola bilər”.


“Barselona” – “Real” qarşılaşması martın 19-da keçiriləcək.

0 comments
bottom of page