top of page

Tokio-2020: Stadnik qələbə ilə başladı!


Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

90plus.az xəbər verir ki, 50 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib.

Rəqibinə 9:7 hesabı ilə qalib gələn Stadnik 1/4 finala yüksəlib. O, növbəti raundda Tunis təmsilçisi Sarra Hamdi ilə qarşılaşacaq.

0 comments
bottom of page