top of page

“Tottenhem” və “Bayern Münhen” qarşı-qarşıya gələcək


Avqust ayında "Tottenhem" və "Bayern Münhen" arasında yoxlama oyunu olacaq.


90plus.az xəbər verir ki, bu barədə klubların rəsmi saytları məlumat yayıb. Görüş şənbə günü, avqustun 10-da "Visit Malta Cup" turniri çərçivəsində reallaşacaq. Oyuna Londondakı "Tottenhem Hotspur" stadionu ev sahibliyi edəcək.


Komandalar sonuncu dəfə Çempionlar Liqasının 2019/20 mövsümünün qrup mərhələsində üz-üzə gəlib.

0 comments
bottom of page