top of page

“Milan”da son sözü İbrahimoviç deyəcək


Zlatan İbrahimoviç “Milan”da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək.


90plus.az xəbər verir ki, “Milan”ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq.


Bundan əvvəl mediada isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğu barədə məlumatlar yayılmışdı. Milan rəhbərliyi isə “Bolonya”nın baş məşqçisi Tyaqo Mottanı ən yaxşı namizəd hesab edir.


Mənbə: Milan News

0 comments
bottom of page