top of page

"Turan Tovuz"un iki futbolçusu "Sumqayıt"a qarşı oyunu buraxacaq

"Turan Tovuz"un iki futbolçusu Misli Premyer Liqasının 28-cu turunda "Sumqayıt"a qarşı oyunu buraxacaq.


90plus.az - ın məlumatına görə, barədə Tovuz təmsilçisinin baş məşqçisi Ayxan Abbasov danışıb. O bildirib ki, xəstələnən Tərlan Quliyev bu gün məşqə başlayacaq. Ancaq futbolçu "Sumqayıt"a qarşı oynamayacaq. Mütəxəssisin sözlərinə görə, Siyanda Xulu isə Cənubi Afrika millisinin oyunlarına görə klubun düşərgəsində deyil. O, martın 31-də komandaya qoşulacaq.


Qeyd edək ki, sabah keçiriləcək "Turan Tovuz" - "Sumqayıt" oyunu saat 15:30-da başlayacaq.



0 comments
bottom of page