top of page

UEFA “Olimpiakos” - “Qarabağ” oyunu ilə bağlı cəza qərarı verdi!


UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Olimpiakos”u cəzalandırıb.


90plus.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb Yunanıstan klubunun azarkeşlərinin 2-ci turda “Frayburq”la ev oyununda pirotexniki əşyalardan istifadə etməsidir.


Komandanın növbəti turda “Qarabağ”la qarşılaşmada azarkeş məhdudiyyəti olacaq. Stadionun şimal tribunası qismən bağlanacaq. Həmçinin, Pirey təmsilçisi 50 min avro məbləğində cərimələnib.


Qeyd edək ki, “Olimpiakos” – “Qarabağ” oyunu oktyabrın 6-da keçiriləcək.

0 comments
bottom of page