top of page

UEFA "Qarabağ"ın oyunundakı hadisələrlə bağlı qərarını dəyişdi

UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Qarabağ"la ev oyununda baş verənlərə görə "Nant"a verdiyi cəzada dəyişiklik edib.


90plus.az xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.


Əvvəlki qərara əsasən, "Nant" azarkeşləri görüşdə iğtişaşlar törətmişdi. Bundan sonra klub "Bojuar" stadionunda ictimai keçid yolları bağlandığı üçün 12 min avro, pirotexniki vasitələrdən istifadəyə görə 30 min avro məbləğində cərimələnib. Bundan başqa, UEFA İtaliya "Yuventus"una qarşı pley-off matçında tribunaların qismən bağlanmasına göstəriş verilmişdi.


Lakin "Nant"ın apellyasiya şikayətinə baxıldıqdan sonra cəzanın bir qismi ləğv olunub. Dəyişikliyə əsasən, tribunalar bağlanmayacaq,  Amma "Nant" 50 min avro cərimə ödəməli olacaq. Eyni zamanda, sözügedən stadionun qismən bağlanması ilə bağlı kluba 2 il sınaq müddəti verilib.


Qeyd edək ki, "Nant" sözügedən matçda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəlib. Bu komandalar arasında Bakıdakı ilk oyunda isə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.


Xatırladaq ki,  "Nant"la "Yuventus" arasında ilk oyun fevralın 17-si İtaliyada, cavab görüşü isə fevralın 23-ü Fransada olacaq.

0 comments
bottom of page