top of page

Xorvat məşqçi “Tottenhem”in təklifini rədd etdi

Bir neçə gün öncə Antoni Konteni istefaya göndərən "Tottenhem" rəhbərliyi Almaniyanın "Volfsburq" klubuna rəsmi müraciət ünvanlayaraq baş məşqçi Niko Kovaçla danışıq aparmağa icazə istəyib.


90plus.az xəbər verir ki, məlumatı "WAZ Online" yayıb.


Xəbərə görə, ingilislərin bu planı baş tutmayıb. Mənbə Kovaçın iş yerini dəyişmək istəmədiyini və danışıqlardan imtina etdiyini vurğulayıb.


Qeyd edək ki, 25 oyuna 38 xal toplayan "Volfsburq" Bundesliqanın turnir cədvəlində 7-ci pillədə mövqe tutub.

0 comments
bottom of page