top of page

“Yuventus”un sponsor gəliri digərlərini üstələdi

"Yuventus" oyunda təmsil etdiyi sponsorlardan hər il 58,5 milyon avro alır.


90plus.az xəbər verir ki, bu haqda "Calciomercato" məlumat yayıb. Belə gəlir İtaliya A Seriyasının ən yaxşı göstəricisidir.


"Yuventus"un bu mövzuda ən yaxın rəqibi "İnter"dir. Onlar sponsorlardan 28,5 milyon avro gəlir əldə edirlər.


İlk "5-liy"ə həmçinin "Fiorentina" (25 milyon avro), "Milan" (21 milyon avro) və "Sassuolo" (18,5 milyon avro) daxil olub.


Qeyd edək ki, "Yuventus" 23 oyundan sonra İtaliya çempionatının turnir cədvəlində 32 xalla 8-cidir. Klub maliyyə saxtakarlığına görə 15 xaldan məhrum edilib. Yarışın lideri 65 xalı olan "Napoli"dir.

0 comments
bottom of page