top of page

"Zirə"nin məşqçisi: "Rəşad Sadıqov yaxşı komanda formalaşdırıb"

"Oyun bizim üçün çox çətin keçdi. Bir qədər narahatlıq var idi. İlk hissədə oyunumuz alınmasa da, ikinci yarıda nəzarəti ələ keçirdik".

90plus.az xəbər verir ki, bunu "Zirə"nin məşqçisi Vaqif Paşayev evdə "Şamaxı" ilə qolsuz heç-heçə etdikləri Premyer Liqanın XXVIII tur matçından sonra mətbuat konfransında deyib.


Mütəxəssis mövsümü qələbə ilə bitirmək istədiklərini, lakin bunun baş tutmadığını bildirib: "Heç-heçəyə baxmayaraq, bürünc medallara sahib çıxdıq. Bu münasibətlə hamını təbrik edirəm. Baş məşqçinin işi görünür. Rəşad Sadıqov bu mövsüm çox yaxşı komanda formalaşdırıb. Futbolçular onun rəhbərliyi altında çox yaxşı matçlar keçirdilər".


Paşayevin sözlərinə görə, 35 ildir futbolda olsa da, bu, onun ən xoşbəxt günlərimdən biridir.

"Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev isə "Zirə"ni bürünc medal qazanması münasibətilə təbrik edib: "Konfrans Liqasına vəsiqə qazandılar, kubokun da finalındadırlar. Onlara uğurlar arzulayıram. Rəqib üçüncü yeri tutub. Ağır oyun olacağını bilirdik".


Mütəxəssis komandasında psixoloji durum çox pis olduğunu vurğulayıb: "Ardıcıl məğlubiyyətlər futbolçulara da təsir edir. Həftə ərzində oyunçulara tapşırmışdıq ki, özlərinə inamları olsun. Çıxıb döyüşmək lazım idi. Futbolçularım tapşırıqları yerin yetirdilər. Komandama da uğurlar arzu edirəm".

0 comments
bottom of page