top of page

Ziyeşin alınmayan transferi tarixdə bir ilk deyilmiş


2015-ci ildə yay transfer pəncərəsinin son gününün son dəqiqələrində "Real Madrid" klubu "Mançester Yunayted" klubundan David De Xea transferini rəsmiləşdirmək üzrə idi və tərəflər razılıq əldə etmişdilər. 90plus.az

xəbər verir ki, transferin açıqlanması üçün hazırlıq getdiyi sırada "Real Madrid" rəhbərliyinin planı alt-üst oldu, çünki "Mançester Yunayted" rəhbərliyi tələb olunan faks sənədlərini transfer pəncərəsi bağlandıqdan bir dəqiqə sonra yolladı, bu isə artıq transferin baş tutmasına imkan vermədi;



Ötən gecə qış transfer pəncərəsinin son saatlarında PSJ rəhbərliyi Çelsi klubundan Hakim Ziyech'in icarə əsasında alınması üçün razılıq əldə etmişdi və parislilər keçidi açıqlamaq üçün çalışırdılar. Lakin bir neçə saat ərzində Çelsi rəhbərliyi qeydiyyat üçün lazım olan sənədləri 3 dəfə səhv yollamaqla, bu keçidin baş tutmamasına səbəb oldu. Nəticədə lazım olan sənədlər transfer pəncərəsi bağlandıqdan bir neçə dəqiqə sonra yetişdi. PSJ rəhbərliyi əlavə müddət üçün Fransa Futbol Federasiyası rəhbərliyinə müraciət etsə də, bir qədər əvvəl onlar rədd cavabı aldılar.

0 comments
bottom of page