top of page

ÇL-da həftənin oyunçusu adına namizədlər açıqlanıb


UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci tur oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub. 90plus.az xəbər verir ki, bu ada Portuqaliya "Sportinq"indən Pedru Qonsalveş, İtaliya "İnter"indən Edin Ceko, Niderland "Ayaks"ından Sebastyen Alle və Almaniya "Leyptsiq"indən Emil Forsberq iddi edir. Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.

0 comments
bottom of page