top of page

Üzgüçülərimizin qazancı 5 medal oldu

Azərbaycan para-üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatını 5 medalla başa vurublar.


90plus.az xəbər verir ki, mundialda üç idmançı ilə təmsil olunan milli 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.


Roman Saley 100 m məsafəyə sərbəst üsulla üzməkdə qızıl, eyni məsafəyə arxasıüstə üzməkdə gümüş, 50 m məsafəyə sərbəst və 100 m məsafəyə butterflyay üsulla üzməkdə bürünc mükafata yiyələnib. Vəli İsrafilov isə 100 m məsafəyə brass növündə dünya çempionu olub.


Eyni zamanda, Roman Saley və Vəli İsrafilov Paris-2024 Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanıblar.


0 comments
bottom of page