top of page

Üzgüçümüzdən bürünc medal!


Azərbaycanın paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərindəki Avropa Açıq Çempionatında bürünc medal əldə edib.


90plus.az xəbər verir ki, Raman yarışın dördüncü günündə 100 metr məsafəyə sərbəst üzmə üsulunda finalda finişə üçüncü çatıb.


Qeyd: Turnirin ilk günündə Raman Saley 100 metr məsafəyə arxası üstə üzmə üsulunda qızıl, ikinci günündə eyni məsafəyə kəpənək üzmə üsulunda gümüş mükafata yiyələnib. 

Milli komandanın digər üzvü Vəli İsrafilov isə yarışın üçüncü günündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

0 comments
bottom of page