top of page

Şahruddin "Qarabağ"ın 50 manata görə işdən çıxardığı fotoqrafa dəstək oldu


Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu bir müddətdir çalışdığı fotoqraf Elmir Kərimovla yolları ayırıb.


 90plus.az xəbər verir ki, Ağdam təmsilçisinin rəhbərliyi gənc fotoqrafın maaşının 50 manatını kəsib. Bu xəbər ötən gündən bəri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.İzləyicilərin əksəriyyəti buna görə klub rəhbərliyini sərt tənqid edir.Bu gün isə "Qarabağ"ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyev Elmir Kərimova dəstək nümayiş etdirib. O, şəxsi "İnstagram" hesabının "hekayə" bölməsində fotoqrafın çəkdiyi şəklini paylaşaraq, ürək emojisindən istifadə edib.

0 comments
bottom of page