top of page

Şahruddin ən çox qurtarış edən qapıçılar sırasında

UEFA Avropa Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarında ən çox qurtarış edən qapıçıları açıqlayıb.


90plus.az turnirin "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev də yer alıb. O, "Nant"la oyunda 6 qurtarış edib. Millimizin üzvü "Nant"dan Alfons Lafon, (6) "Betis"dən Klaudio Bravo (6) ilə birgə 3-5-ci pillələri bölüşdürüb.


Siyahıya Maksim Koval ("Şerif") və  Aleksandros Paxalakis ("Olimpiakos") 7 qurtarışla başçılıq edirlər. 

Qeyd edək ki, "Qarabağ" 5-ci turda səfərdə "Nant"a 1:2 hesabı ilə uduzub.



0 comments
bottom of page