top of page

Şenol Güneş: "Azərbaycan millisini çalışdırmaqdan qürur duyaram"!


Şenol Güneş Azərbaycan milli komandasının yeni baş məşqçisi olmaq üçün rəsmi dəvət gözləyir.


90plus.az xəbər verir ki, 71 yaşlı mütəxəssis Azərbaycan mətbuatına bu haqda açıqlama verib:


"Hal-hazırda Avstriyada dincəlirəm. Müəyyən adamlardan təkliflər gəlib. Rəsmi dəvət gözləyirəm, oturub ətraflı danışmaq lazımdı. Azərbaycan futbolu yüksəlişdədir. Milli komandanızla işləməkdən qürur duyaram".


Qeyd edək ki, son olaraq "Beşiktaş"ı çalışdıran mütəxəssisin rəhbərliyi altında komanda 15 oyunda 10 qələbə, 2 heç-heçə, 3 məğlubiyyətlə oynamışdı.

0 comments
bottom of page