PSJ “Liverpul” qarşısına bu heyətlə çıxacaq
PSJ – “Liverpul” qarşılaşması: heyətlər açıqlandı, böyük duel öncəsi gərginlik artır.
90plus.az xəbər verir ki, PSJ və “Liverpul” arasında keçiriləcək cavab oyunu öncəsi start heyətləri açıqlanıb. Paris təmsilçisi ilk oyunda əldə etdiyi üstünlüyü qorumağa çalışacaq.
Baş məşqçi Luis Enrike PSJ-ni meydana bu “11-lik”lə çıxaracaq:
Safonov, Nuno Mendes, Paço, Markinyos, Aşraf Hakimi, Emeri, Vitinya, Neveş, Xviça Kvaratsxeliya, Usman Dembele, Dezire Due.
Ehtiyat oyunçular skamyasında isə Lukas, Zarbanyi, Ramos, Li, Ernandes, Mayulu, Pedro, Barkola, Şevalye, Mbaye və Marin yer alıb.
Xatırlatma: İlk qarşılaşmada Parisdə PSJ “Liverpul”u 2:0 hesabı ilə məğlub edərək ciddi üstünlük qazanıb. Bununla belə, İngiltərə klubu artıq bu mövsüm geridönüş bacarığını nümayiş etdirib. “Liverpul” 1/8 final mərhələsində “Qalatasaray” ilə ilk oyunda məğlub olsa da, “Enfild”də keçirilən cavab matçında 4:0 qalib gələrək növbəti mərhələyə yüksəlmişdi.
© Copyright 2026, All Rights Reserved