“Qalatasaray” evdə xal itirdi
Super Liqanın ikinci yarısının ilk oyununda “Qalatasaray” doğma meydanda “Qaziantep FK” ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
90plus.az xəbər verir ki, liqa çərçivəsində 18-ci turda “Rams Park” stadionunda keçirilən qarşılaşmanın ilk yarısı qolsuz başa çatıb. İkinci hissədə qonaq komanda 73-cü dəqiqədə Bayonun qolu ilə hesabda önə keçib.
Məğlubiyyətdən xilas olmaq üçün təzyiqi artıran “Qalatasaray” 85-ci dəqiqədə Barış Alper Yılmazın qolu ilə tarazlığı bərpa edib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb:
Qalatasaray 1 - 1 Qaziantep
M. Bayo 73’
B. Yılmaz 84’
Qollar: https://t.me/doxsanplus/113456
Bu nəticədən sonra “Qalatasaray”ın xalları 43-ə çatıb. “Qaziantep FK” isə aktivinə 24 xal yazdırıb.
© Copyright 2026, All Rights Reserved