"Qalatasaray" "İnter"in türk ulduzuna maraq saldı
"İnter"in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını vətənində davam etdirə bilər.
90plus.az xəbər verir ki, "Qalatasaray" yay transfer dövründə heyətinə qatmağa müvəffəq olmadığı türkiyəli futbolçu üçün yenidən təşəbbüs göstərəcək. Bu barədə "A Spor" telekanalı məlumat yayıb.
İstanbul klubunun Hakan üçün ödəməyə hazır olduğu məbləğ də açıqlanıb. "Sarı-qırmızılar" Türkiyə millisinin kapitanı üçün İtaliya klubuna 15 milyon avro təklif edəcək. 31 yaşlı dayaq yarımmüdafiəçi isə "Qalatasaray"a keçməyə müsbət baxır.
Hakan Çalhanoğlu 2021-ci ilin yayından etibarən "İnter"də çıxış edir. Təcrübəli futbolçu bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 8 qol vurub və 4 məhsuldar ötürmə ilə fərqlənib. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.
© Copyright 2026, All Rights Reserved