“Qalatasaray” zirvədə xalını çoxaltdı
"Qalatasaray" Karagümrük səfərindən 3 xalla döndü.
90plus.az xəbər verir ki, Türkiyə Super Liqasının 19-cu turunda "Qalatasaray" səfərdə "Fatih Karagümrük"lə üz-üzə gəlib və 3:1 hesablı qələbə qazanıb.
Matça sürətli başlayan sarı-qırmızılılar artıq 1-ci dəqiqədə Qabriel Saranın qolu ilə hesabı açıblar. Ev sahibi komanda 27-ci dəqiqədə Barış Kalaycının dəqiq zərbəsi ilə tarazlığı bərpa etsə də, ikinci hissədə meydanda üstünlük tamamilə qonaqların tərəfində olub.
51-ci dəqiqədə yenidən səhnəyə çıxan Qabriel Sara dublunu rəsmiləşdirib. Cəmi 4 dəqiqə sonra isə Viktor Osimhen fərqlənərək matçın yekun nəticəsini müəyyənləşdirib:
Karagümrük 1 - 3 Qalatasaray
G. Sara 1’ 51’
B. Kalaycı 27’
Osimhen 55’
Qollar: https://t.me/doxsanplus/113672
Bu qələbə ilə Qalatasaray xalını 46-ya yüksəldib. Fatih Karagümrük isə 9 xalla turnir cədvəlinin aşağı pillələrində qalıb.
© Copyright 2026, All Rights Reserved