"Qarabağ" Leandro Andradeni bu qiymətə satır
Çempionun vidalaşacağı ilk oyunçu Leandro Andradedir.
90plus.az xəbər verir ki, artıq bir dəfə Çindən gələn sərfəli təklifi geri çevirən ağdamlılar bu dəfə razılıq verməyə məcbur olub. Oyunçunun da getməkdə israrlı olması “Qarabağ”ın ona “yaşıl işıq” yandırması ilə nəticələnib.
Müştərinin hansı ölkədən olduğunu dəqiqləşdirə bilməsək də, “Qarabağ”ın keçiddən 3 milyon avro qazanacağı dəqiqdir. Bu, komandadakı legionerlər üçün təklif olunan ən yüksək məbləğdir. Digər futbolçuların özünə yüksək maaş vəd edilsə də, klubu qane edəcək rəqəmlər olmadığından digər satışlar reallaşmır.
(Futbolinfo.az)
© Copyright 2026, All Rights Reserved