"Qarabağ"ın rəqibi İngiltərədən - TARİXLƏR
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkatma mərasimi baş tutub.
90plus.az xəbər verir ki, tədbir saat 15:00-da başlayıb.
Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın pley-off mərhələsindəki rəqibi bəlli olub. Azərbaycan çempionu bu raundda “Nyukasl”la üz-üzə gələcək.
Pley-off mərhələsinin ilk oyunları fevralın 17–18-də, cavab qarşılaşmaları isə fevralın 24–25-də keçiriləcək.
© Copyright 2026, All Rights Reserved