"Qəbələ" "Araz"ı uddu
Mövsümün ikinci yarısına hazırlığını davam etdirən “Qəbələ” bu gün ikinci yoxlama görüşünü keçirib.
90plus.az xəbər verir ki, Kaxaber Tsxadadzenin çalışdırdığı komanda “Araz-Naxçıvan”la qarşılaşıb. Oyunu “Qəbələ” 1:0 hesabı ilə qazanıb.
Görüşdə yeganə qol 38-ci dəqiqədə Prins Ovus tərəfindən vurulub.
“Qəbələ” ilk hazırlıq oyununda “Kəpəz”i 3:1 hesabı ilə məğlub etmişdi. “Araz-Naxçıvan” isə klubun əvəzedici komandası üzərində 7:0 hesabı ilə qələbə qazanıb.
© Copyright 2026, All Rights Reserved