Qonzalo het-trik etdi, "Real" 5 qolla qalib gəldi
İspaniya La Liqasının 18-ci turunda “Real Madrid” doğma meydanda “Real Betis”i darmadağın edib. "Kral klubu" gənc futbolçularının parlaq oyunu sayəsində rəqibini 5:1 hesabı ilə məğlub edib.
90plus.az xəbər verir ki, “Santiago Bernabeu”da keçirilən qarşılaşmada “Real Madrid”in akademiyasından yetişən futbolçular ön plana çıxıb. Matçın ulduzu het-trik edən Qonsalo Qarsiya olub. Digər qolları isə Asensio və Fran Qarsiya vurub.
Oyunun 77-ci dəqiqəsində meydana daxil olan Arda Gülər də qarşılaşmanı boş keçməyib. Türkiyəli yarımmüdafiəçi Qonsalo Qarsiyanın vurduğu son qolda məhsuldar ötürmə ilə yadda qalıb və komandasının hücum xəttinə dinamika qatıb.
Bu qələbə sayəsində “Real Madrid” xallarının sayını 45-ə çatdıraraq zirvə yarışında mövqeyini möhkəmləndirib. “Real Betis” isə 28 xalla turnir cədvəlində geri düşüb.
Gənc futbolçuların performansı “Real Madrid” azarkeşlərini sevindirərkən, Arda Gülərin sonradan oyuna daxil olub təsirli çıxışı da diqqətdən qaçmayıb:
Real Madrid 5 - 1 Betis
Q. Qarsiya 20’ 50' 82'
R.Assensio 56'
K.Hernandez 66'
F. Qarsiya 90+2’
Matçda vurulan qollara bu cümləyə klik edərək keçid edə bilərsiniz
© Copyright 2026, All Rights Reserved