Qurban Qurbanov “Liverpul” matçı barədə vacib mesaj verdi
Qurban Qurbanov: “Futbolçularımın maksimumlarını ortaya qoyacağına inanıram”.
90plus.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Liverpul”la oyun öncəsi vacib açıqlamalar verib.
Təcrübəli mütəxəssis qrup mərhələsində son qarşılaşmaya çıxacaqlarını vurğulayıb və rəqibin gücünə diqqət çəkib:
“Qrup mərhələsində son qarşılaşmamıza çıxacağıq. Çox möhtəşəm stadionda, güclü və özünəməxsus oyun fəlsəfəsi olan bir komandaya qarşı oynayacağıq. Rəqib futbolçular hər zaman yüksək istək və motivasiya ilə mübarizə aparırlar”.
Qurbanov bildirib ki, komandası da layiqli oyun göstərməyə çalışacaq:
“Biz də meydanda layiqli oyun göstərməyə çalışacağıq. Futbolçularıma güvənirəm və inanıram ki, onlar sabah imkanlarının maksimumunu ortaya qoyacaqlar”.
Baş məşqçi pley-off mövzusuna da toxunub və diqqətin yalnız bu oyunda olmalı olduğunu qeyd edib:
“Hazırda hər kəs pley-off mərhələsi barədə danışır. Biz özümüzü ‘Liverpul’la oyuna kökləməliyik. Hər vaxt belə komandalarla matçda, bu cür azarkeşlər qarşısında futbolun dadını hiss edə bilmirsən. İnanıram ki, sabah futbolçularımın fikri başqa qarşılaşmalarda yox, bu matçda olacaq. Hər kəs özünü yaxşı tərəfdən göstərməli, nizamlı çıxış etməlidir”.
Qeyd: Qarşılaşma sabah baş tutacaq.
Yer: “Enfild”, Liverpul
Oyun: “Liverpul” – “Qarabağ”
Vaxt: 00:00 (Bakı vaxtı)
© Copyright 2026, All Rights Reserved