"Real Madrid" Arbeloadan razı qalmadı - Yeni məşqçi axtarır
“Real Madrid” artıq gələn yay üçün yeni baş məşqçi axtarışlarına başlayıb.
90plus.az xəbər verir ki, Alvaro Arbeloa mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. “Kral klubu” isə yayda onun yerinə yüksək səviyyəli və nüfuzlu baş məşqçi gətirməyi planlaşdırır.
Xabi Alonsonu əvəzlədikdən sonra Arbeloanın məşqçilik karyerası uğursuz start götürüb. “Real Madrid” onun debüt oyununda İspaniya Kral Kubokunun 1/8 final mərhələsində “Albasete”yə uduzaraq turnirlə erkən vidalaşıb.
Gələn yay üçün əsas namizədlərdən biri Yurgen Kloppdur. Alman mütəxəssis “Real Madrid”in baş məşqçi postu üçün ən ciddi seçimlərdən biri hesab olunur.
© Copyright 2026, All Rights Reserved