"Real Madrid" qapıçısını satır
"Real" qapıçı Andrey Luninlə müqaviləni dayandırmağı planlaşdırır.
90plus.az xəbər verir ki, "kral klubu" ukraynalı qolkiperin çıxışından razı deyil. Bu barədə "Defensa Central" məlumat yayıb.
La Liqa nəhəngi Lunini satışa çıxarıb. Klub 26 yaşlı qapıçının transferindən 25–30 milyon avro gəlir əldə etməyi hədəfləyir.
Qeyd:"Real" Andrey Lunini 2018-ci ilin yayında "Zarya"dan transfer etmişdi. Ukrayna millisinin üzvü bu mövsüm Madrid klubunun heyətində 3 rəsmi oyunda iştirak edib və qapısından 8 top buraxıb.
© Copyright 2026, All Rights Reserved