“Real Madrid”dən maraqlı qərar: Bernabeuda etiraz qadağan olunur
“Real Madrid” rəhbərliyi ev oyunlarında futbolçuların azarkeşlər tərəfindən etiraz olunmasının qarşısını almaq üçün diqqətçəkən addım atıb.
90plus.az xəbər verir ki, klub rəhbərliyi “Santyaqo Bernabeu” stadionunda yerləşən azarkeş qrupu “Grada de Animasion” ilə görüşərək, futbolçuların fitə basılmamasını, əksinə, alqış və şüarlarla dəstəklənməsini tələb edib.
Rəhbərlik azarkeşlərə oyun ərzində komandaya mənfi reaksiya göstərmək əvəzinə, müsbət atmosfer yaratmağın vacibliyini bildirib. Klub həmçinin sözügedən tribunada yerləşən təhlükəsizlik kameralarının ciddi şəkildə izlənildiyi barədə xəbərdarlıq edib.
Qaydaları pozan və etirazlara rəhbərlik edən azarkeşlərin “Grada de Animasion” sektoruna giriş hüququnu itirə biləcəyi qeyd olunub.
“Real Madrid”də idman böhranı dərinləşdiyi bir vaxtda, “Levante” ilə oyun öncəsi klub prezidenti Florentino Peresi hədəf alan sərt pankartlar da diqqət çəkib. Tribunalarda asılan pankartlarda aşağıdakı şüarlar yer alıb:
“Florentino qızıla, "Real Madrid" isə ərəblərə satıldı.”
“Qalaktikos layihəsindən imtina et, artıq vaxtdır.”
“Florentino: Oyun bitdi.”
Bu qərarın “Real Madrid” azarkeşləri arasında necə qarşılanacağı və komandanın nəticələrinə təsiri yaxın oyunlarda bəlli olacaq.
© Copyright 2026, All Rights Reserved