Rivaldonun futbolçu oğlu: “Mən Rivaldo deyiləm, onun oğluyam”
Rivaldonun oğlu Rivaldinyo Tailand təmsilçisi "True Bangkok United”ə transfer olundu.
90plus.az xəbər verir ki, Tailand təmsilçisi “True Bangkok United” heyətini tanınmış bir adla gücləndirib. Klub 1999-cu ilin “Qızıl top” qalibi Rivaldonun oğlu Rivaldinyonun transferini rəsmən açıqlayıb. Braziliyalı hücumçu yeni komandasında 7 nömrəli formanı geyinəcək.
Transfer barədə məlumat klubun rəsmi sosial media hesabları vasitəsilə yayılıb.
“Mən Rivaldo deyiləm, sadəcə onun oğluyam”
Artıq 30 yaşı olan Rivaldinyo karyerası boyunca atasının böyük uğurları səbəbindən üzərində ciddi təzyiq hiss etdiyini gizlətmir. O, ilk müsahibəsində bu mövzuya xüsusi toxunub:
“Hər müsahibədə bunu deyirəm: mən Rivaldo deyiləm. Sadəcə onun oğluyam.
İnsanlar məndən atamla eyni səviyyəni gözləməməlidir. O, unikaldır.
Bizim sadəcə adımız eynidir — oyun üslubumuz və keyfiyyətlərimiz fərqlidir.
Mənim öz karyeram var, onun isə möhtəşəm bir karyerası olub.”
Rivaldinyo bildirib ki, bu cür müqayisələrə artıq öyrəşib və yoluna fokuslanıb.
Rivaldo Bangkokda ola bilər
Braziliyalı hücumçu atasının gələcəkdə Bangkoka səfər edəcəyini də istisna etməyib:
“Əlbəttə ki, gələ bilər. O, məni və uşaqlarımı ziyarət etməyi sevir. Vaxtı olsa, "Bangkok United"in oyunlarını da izləyəcək.”
Yeni çağırış, yeni məqsədlər
Yeni klubunda hədəflərindən danışan 7 nömrə bunları deyib:
“Bu kluba qoşulduğum üçün çox xoşbəxtəm. Bangkok United-də oynamaq şansı əldə etdiyim üçün məmnunam.
Bu, uzun illərdir izlədiyim çox yaxşı bir liqadır.
Tezliklə tam hazır olmaq və komandaya qələbələr qazandırmaq istəyirəm.
Bu gözəl formada ilk qolumu vurmağı səbirsizliklə gözləyirəm.”
© Copyright 2026, All Rights Reserved