Ronaldo 960-cı qolunu vurdu -
Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatında bombardirlər yarışındakı üstünlüyünü bir qədər də artırıb.
90plus.az xəbər verir ki, “Əl-Nəsr”in forvardı liqanın 17-ci turunda səfərdə “Damak”la keçirilən görüşün 50-ci dəqiqəsində (1:2) fərqlənib.
Xatırlatma: Cari mövsümdə 40 yaşlı portuqaliyalı hücumçu 16 qarşılaşmada 16 qol vuraraq bombardirlər siyahısına başçılıq edir. “Əl-Əhli”nin futbolçusu Ayven Touni isə ondan 2 top geri qalır.
© Copyright 2026, All Rights Reserved