Ronaldo qol vurdu, “Al Nassr” uduzdu
Derbidə böyük geridönüş! Səudiyyə Ərəbistanı Liqasında liderlik uğrunda oyunda “Əl-Nəsr”səfərdə öne keçməsinə baxmayaraq “Əl-Hilal”a 1:3 hesabı ilə məğlub oldu.
90plus.az xəbər verir ki, Kriştiano Ronaldonun qolu ilə hesabı açan “Əl-Nəsr” VAR-dan sonra verilən iki penalti və qapıçının qırmızı vərəqə alması ilə oyunun gedişini itirdi.
Say üstünlüyündən istifadə edən “Əl-Hilal” möhtəşəm geri dönüş edərək 3 xalı qazandı
Bu nəticə ilə “Əl-Hilal” liderliyini möhkəmləndirdi və xal fərqini 7-yə yüksəltdi
Ronaldo isə karyerasında 959-cu qolunu vursa da, məğlubiyyətin qarşısını ala bilmədi:
Al Hilal 3 - 1 Al Nassr
K. Ronaldo 42’
S. Al Davsari 57 (p)
🔴Alaqidi 60’ (Al Nassr azlıqda qalır)
Kanno 81’
R. Neves 90+2 (p)
Ronaldonun qolu: https://t.me/doxsanplus/113278
CR7 “Əl-Hilal”a qarşı son oyunlarında 3 qol vurub
© Copyright 2026, All Rights Reserved