"Sabah" futbolçusu ilə yollarını ayırdı
“Sabah” klubu yarımmüdafiəçi Ayaz Quliyevlə vidalaşıb.
90plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.
29 yaşlı futbolçu ilə mövcud müqavilə tərəflərin qarşılıqlı razılaşması əsasında ləğv edilib.
Qeyd: Ayaz Quliyev 2023-cü ildən etibarən “Sabah”ın formasını geyinirdi. O, bu müddət ərzində Premyer Liqa təmsilçisinin heyətində 54 qarşılaşmada meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved