"Sabah" Zirədə liderliyini möhkəmləndirdi
Azərbaycan Premyer Liqasının XVIII turunda lider "Sabah" komandası "Zirə"ni məğlub edib.
90plus.az xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən görüş qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
“Bayquşlar”ın heyətində fərqlənənlər: Velko Simiç (10), İvan Lepiniça (22) və Xəyal Əliyev (27) olub. Ev sahibinin yeganə qolunu isə David Volkov (83) vurub.
Turnir cədvəlində 43 xalı olan "Sabah" birinci pillədə qərarlaşıb, 29 xalı olan "Zirə" isə 5-ci yerdədir.
Qeyd: Turun əvvəlki oyunlarında "Sumqayıt" "Karvan-Yevlax"ı (2:0), "Şamaxı" isə "Kəpəz"i (2:0) məğlub edib. XVIII tur fevralın 1-də yekunlaşacaq.
© Copyright 2026, All Rights Reserved